Azərbaycan–Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov “Urban Hub: İrs. Vizyonerlər” sessiyasında çıxış edərək Sea Breeze konsepsiyasını — texnologiya ilə ənənələrin qovuşduğu şəhər modeli kimi təqdim edib.
Emin Aras oğlu vurğulayıb ki, memarlıq və şəhərsalmada şəhərin ruhunu itirməmək vacibdir: «İnnovasiyalar klassikanın antonimi deyil. Onlar yanaşı mövcud olmalıdır». Sessiya 19 iyun tarixində PMEF-2025 çərçivəsində “Roskonqres” Fondunun proqramı üzrə baş tutub.
