20 iyun tarixində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan–Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov və Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Qruzdev əməkdaşlıq sazişi imzalayıblar. Əməkdaşlığın yeni istiqaməti ölkələr arasında hüquqi mühitin inkişafına və hər iki tərəfin biznes layihələrinin dəstəyinə yönəlib.
