4 aprel 2019-cu il tarixində Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Rusiya İxrac Mərkəzinin, Azpromo-nun, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan Biznes Şuralarının birgə təşkilatçılığı ilə sənaye müəssisələrinin biznes forumu keçiriləcək.
Forumun əsas məqsədi yeni işgüzar əlaqələrin qurulması, birgə müəssisələrin yaradılması və ikitərəfli layihələrin həyata keçirilməsidir. Forumda 60-dan çox Rusiya şirkətinin nümayəndələrinin iştirakı gözlənilir.
Forumun ixtisaslaşması neft maşınqayırması, kənd təsərrüfatı maşınqayırması və rəqəmsal texnologiyalar kimi prioritet sahələri əhatə edəcəkdir.