Oktyabrın 3-də Bakı Biznes Mərkəzində “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan-Rusiya İşgüzar Şurasının, “Caspian European Club”un və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuşdu.
Dəyirmi masada KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalinin, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədr müavini Natiq Heydərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, "Caspian European Club"un direktoru Telman Əliyev və bir sıra şirkətlərin nümayəndələri təmsil etdkləri qurumların fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq və təcrübə mübadiləsinə dair fikirlərini bildiriblər.