4 dekabr 2019-cu il tarixində Rusiyanın Orenburq vilayətinin İxraca dəstək mərkəzinin, Azərbaycan-Rusiya İşgüzar Şurasının, Sahibkarlar Təşkilatının Milli Konfederasiyasının və “Ekspo-Kontrakt” şirkətinin birgə təşkilatçılığı ilə Rusiya müəssisələrinin Azərbaycana işgüzar missiyası təşkil edilib.
Tədbir zamanı sahibkarlar arasında ikitərəfli görüşlər keçirilib.
Belə ki, Orenburq vilayətinin «SIRT» MMC, «Arbat Kompozit» MMC, «Veland» MMC şirkətlərinin nümayəndələri «Azersun Holding», «AS Group Investment», «PMD Group», «Grow Group», «Buta Group», «RR Group», «Akkord», «Caspian Service» şirkətlərinin nümayəndələri arasında işgüzar danışıqlıqlar aparılıb.