Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuraları “ProdExpo-2020” sərgisinin iştirakçıları üçün B2B-görüşlər təşkil edib
12-13 fevral 2020-ci il tarixlərində Moskvada Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının dəstəyi ilə Azərbaycan kənd təsərrüfatı məhsulları istehsalçıları və ixracatçılarının Rusiya şirkətləri ilə B2B-görüşləri keçirilib. Görüşlər Azərbaycan nümayəndə heyətinin “ProdExpo 2020” beynəlxalq sərgisində iştirakı çərçivəsində baş tutub. Azərbaycan nümayəndə heyətinin tərkibinə meyvə-tərəvəz, spirtli və spirtsiz içkilər, konserv məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən, o cümlədən, “Aspi Agro”, “Göygöl Şərab Zavodu”, “Baku Agropark”, “Şərq Ulduzu”, “Binə Aqro”, “Şirvan Şərabları”, “Balxurma”, “Cəlilabad Şərab-2”, “Azərstar”, “İsmayıllı Şərab-2”, “Az-Granata”, “Bakıkonserv”, “Caspian Coast Winery & Vineyards”, “Buta Agro”, “A+Co”, “AHEC”, “Şirin Aqro», ”Azhazelnut”, “Azərsun Holding”, “OVEN”, “Grow Group”, “Aznar” və digər şirkətlər daxil olub. Azərbaycan istehsalçıları “Х5 Retail Group”, “Vestpoint”, “Aqroservis” EİB, “RF Sentrosoyuz”, “Sordis”, “Sublimir” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, kənd təsərrüfatı məhsullarının təchizatı və emalı məsələlərini müzakirə edib. Qeyd edək ki, “ProdExpo” Rusiya və Şərqi Avropada keçirilən ən böyük beynəlxalq qida və içki məhsulları sərgilərindən biridir.

Authorization
*
*
Password generation