Tambov və Azərbaycanın biznes dairələri arasında əməkdaşlıq əlaqələri genişlənməkdədir
16 mart 2021-ci il tarixində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının dəstəyi ilə Azərbaycanın və Tambov vilayətinin müəssisələrinin iştirakı ilə onlayn biznes missiyası keçirilib. Biznes missiyasının məqsədi sənaye, tikinti, qida məhsulları, tibb, logistika və s. sahələrdə birbaşa əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi olub. Onlayn rejimdə keçirilən konfransda N.S.Artyomov adına “Komsomolets” Tambov zavodu, “Piqment” İSC, “Mielta Texnologiyi”, “Sürüşmə podşipnikləri zavodu” SC, “Firma Server” MMC və s. öz məhsullarını təqdim edib. Daha sonra Azərbaycanın “Azertechnoline” MMC, “Agro-Azerinvest” MMC, “Azersun Holding”, “AHEC” MMC, “Formag Baku” kimi şirkətləri öz məhsul və xidmətlərini təqdim edib. “Matanat A”, “NB Group”, “Ramzi-S”, “Socar Polymer” və digər şirkətlər də tədbirdə iştirak edib. Onlayn tədbir çərçivəsində regional ticarət şəbəkələri “Oqonyok”, “Begemot” və Azərbaycanın qida məhsulları istehsalçıları arasında danışıqlar aparılıb. Konfrans əməkdaşlıqda marağı olan Azərbaycan və Tambov şirkətləri arasında onlayn B2B görüşlərlə davam edəcək.

Authorization
*
*
Password generation