İqtisadiyyat Nazirliyində “Roseksimbank” SC ilə danışıqlar aparılıb
1 iyul 2021-ci il tarixində AR İqtisadiyyat Nazirliyində Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakı ilə RİM Qrupunun nümayəndə heyəti ilə danışıqlar aparılıb. Görüş çərçivəsində AR iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Roseksimbank”ın İdarə Heyətinin sədri Azər Talıbov, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəsi Nuri Quliyev və digər iştirakçılar ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər. Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndə heyəti Azərbaycan Respublikasında Rusiya şirkətlərinin iştirakı ilə layihələrin həyata keçirilməsi üçün “Roseksimbank”ın ticari maliyyələşdirməsindən istifadə etmək təklifi irəli sürüb. Bundan başqa, xarici ticarət fəaliyyəti həyata keçirən şirkətlərə maliyyə dəstəyi alətlərinin səmərəliliyi məsələləri ilə bağlı təcrübə mübadiləsi aparılıb.

Authorization
*
*
Password generation