İşgüzar şuranın üzvü vaqon parkının genişləndirilməsi üzrə layihəni həyata keçirib
Azərbaycan-Rusiya işgüzar şurasının üzvü olan «Alliance Logistics» şirkətinin Rusiyanın «RM Reyl» şirkətindən əldə etdiyi 100 ədəd yeni yük vaqonu Bakıya çatıb. Layihə, Azərbaycan-Rusiya işgüzar şurasının və Rusiya İxrac Mərkəzinin dəstəyi ilə, «Roseksimbank» SC-nin maliyyə iştirakı ilə, həyata keçirilib. «Alliance Logistics» MMC «Azərbaycan Dəmir Yolları» QSC-nin ekspeditorudur və, beləliklə, yeni vaqonlar Azərbaycanın daxili və beynəlxalq yük daşımaları xətlərində işə salınacaq, bununla da, tranzit imkanlarının genişləndirilməsinə və "Şimal-Cənub", habelə, "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yük axınının artmasına səbəb olacaq. «RM Rail» şirkəti Rusiyanın aparıcı yük hərəkət tərkibləri istehsalçısıdır və «Ruzximmaş», «VKM-Stal», «Abakanvaqonmaş», «RM Reyl RVS», «Neon», «VKM-Servis» və «RM Reyl İnjinirinq» kimi müəssisələrini özündə birləşdirir.

Authorization
*
*
Password generation