17 noyabr 2021-ci ildə Azərbaycan-Rusiya işgüzar şurasının İdarə heyətinin sədrinin iştirakı ilə, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Rusiya İxrac Mərkəzi (RİM) Qrupunun nümayəndə heyəti ilə görüşü baş tutub.
Görüşdə qeyd edilmişdir ki, Azərbaycan-Rusiya işgüzar şurasının dəstəyi ilə RİM və Rusiya Sənaye və ticarət nazirliyinin təşkilatçılığı ilə, 17-18 noyabr tarixlərində Bakıda biznes missiyası çərçivəsində Rusiya ixracatçıları yaşayış məntəqələrinin rəqəmsal şəhər formatında inkişafı və tikintisi sahəsində öz məhsul və xidmətlərini təqdim edirlər.
Rusiya şirkətlərinin əməkdaşlığa marağı daim artır və bu, son yarım il ərzində yüksək səviyyədə keçirilən artıq ikinci böyük tədbirdir. İşgüzar missiyanın meydançasında 31 Rusiya şirkəti infrastruktur layihələri və Azərbaycandakı tərəfdaşlarla bağlı müasir rəqəmsal həllərin tətbiqi sahəsində öz potensial və effektivliyini nümayiş etdirir. Öz növbəsində, RİM Qrupu Azərbaycanda yeni layihələrin həyata keçirilməsi üçün dəstək alətləri, o cümlədən maliyyə alətləri təklif edir.
Həmçinin, görüş zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini yanında Rusiya-Azərbaycan marşrutu üzrə birgə "Aqroekspress" layihəsi, infrastruktur layihələrinin həyata keçirilməsi zamanı Rusiya avadanlıqlarının cəlb edilməsi və Azərbaycanın dövlət nəqliyyat şirkətlərinin texniki bazasının yenilənməsi, habelə, digər aktual məsələlər müzakirə olunub.