Azərbaycan–Rusiya İşgüzar Şurası və Rusiya–Əmirliklər İşgüzar Şurası əməkdaşlıq sazişi imzalayıb

14 may tarixində “Rusiya–İslam Dünyası: KazanForum” XVI Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov və Rusiya–Əmirliklər İşgüzar Şurasının sədri Sergey Qorkov əməkdaşlıq sazişi imzalayıblar.

Sənəd işgüzar dairələr arasında əlaqələrin inkişafını, ixrac–idxal əməliyyatlarının genişləndirilməsini, həmçinin investisiya və infrastruktur layihələrinin təşviqi üzrə birgə fəaliyyətləri nəzərdə tutur.


Authorization
*
*
Password generation