Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru – hökumət sədri Denis Afanasyev ilə görüşüb.
Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, Azərbaycanın Rusiyanın regionları, o cümlədən Həştərxan vilayəti ilə yüksək səviyyəli əməkdaşlığını məmnunluqla qeyd ediblər.
Görüş zamanı iqtisadi, ticarət və investisiya əlaqələrinin, eləcə də nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində tərəfdaşlığın inkişafında müşahidə olunan müsbət dinamika vurğulanıb.
Həmçinin Həştərxan vilayətinin dəstəyi ilə Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda uşaq bağçasının tikintisinin həyata keçirildiyi xüsusi qeyd olunub.