28 iyul tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Dövlət başçıları ikitərəfli və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə edərək Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv xarakterini və hökumətlər, eləcə də aidiyyəti qurumlar arasında davam edən intensiv dialoqu qeyd ediblər.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.