Aprelin 16-da Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının “Sertifikasiya və gömrük prosedurları” komissiyasının iclası keçirilmişdir.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən böyük, kiçik və orta biznesi təmsil edən Şuranın üzvləri gömrük komitəsinin nümayəndələrinə aktual məsələləri, problemləri və təklifləri ünvanladırdılar. Gömrük sənədlərində möhürlərin tələbi, ödəmələrin təsdiqlənməsində gecikmələr, “Yaşıl Dəhliz” keçid sisteminin istifadəsi, laboratoriya analizlərin aparılması müddəti, bank zəmanətlərinin istifadəsi və digər mövzulara toxunuldu.
İclas zamanı komissiyanın sədri Namiq Tağıyev iştirakçılara “Sertifikasiya və gömrük prosedurları” əvvəlki iclasında müzakirə olunan məsələlərin statusu barədə məlumat verdi.