Beynəlxalq ticarət və yükdaşıma məsələləri Azərbaycan-Rusiya işgüzar şurasının “Logistika” komissiyasının iclasında müzakirə edildi
22 fevral, 2019-cu ildə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar şurasının “Logistika” komissiyasının iclası keçirildi. Tədbirdə 20-dən artıq şuranın üzvü olan sahibkar və iş adamları iştirak etdilər. Komissiyanın sədri Natiq Heydərov giriş nitqində iştirakçıları salamladı və logistika sahəsində son vaxtlar aktual olan layihələr barədə, o cümlədən Bakı-Tbilisi-Kars, Astara terminalı və digər layihələr haqqında qısa məlumat verdi. Sonra tədbir iştirakçıları olan “Formag Baku”, “Gilan Holding”, “GokNur”, “STP”, “ASPİ Agro”, “Koroğlu” və digər şirkətlərinin nümayəndələri onları maraqlandıran məsələləri müzakirə etdilər və fikir mübadiləsi keçirdilər. Avia-karqo tarifləri, gömrük orqanları tərəfindən müəyyən sənədlərin üzərində möhürlərin olması tələbi, nəqliyyat vergisi, xərclərin optimallaşması məqsədilə qrup şəklində daşınma və saxlanma və digər mövzulara toxunuldu. İştirakçılar həmçinin başqa ölkələrin logistika sahəsində uğurlu təcrübələrini müzakirə etdilər. Toxunulan məsələlər şura tərəfindən müzakirəyə qəbul olundu, nəticələrə gələn iclasda baxılacağı barədə qərar verildi.

Authorization
*
*
Password generation