24 yanvar tarixində kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilmişdir.
İclası işgüzar şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd etmişdir. Səməd Qurbanov qarşıdakı ildə Azərbaycan-Rusiya işgüzar şurası iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulamışdır.
İclas inzibati məsələlərin müzakirəsi ilə davam etmişdir. Səsvermə zamanı “Logistika”, “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikatlaşdırma və gömrük proseduraları” komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilmişdir. Həmçinin, Natiq Heydərov idarə heyətinin müavini seçilmişdir.
Daha sonra Azərbaycan-Rusiya işgüzar şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirildi. İşgüzar şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə “Şəxsi Kabinet” vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, "Şəxsi kabinetdə” elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcəkdir. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün “Maraqlı olduğunu bildirmək” funksiyasından istifadə edə biləcəklər. Həmçinin, "Şəxsi kabinetdə" şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər.
Iclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə etmişdirlər.