23 aprel tarixində Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Evdokimov Bakıda yerləşən “Sea Breeze” kurort şəhərciyini ziyarət edib.
Görüş zamanı Azərbaycan–Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov ilə işgüzar əməkdaşlığın perspektivləri, o cümlədən Rusiya ilə birgə mədəni təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
