Azərbaycan–Rusiya İşgüzar Şurası XVI Beynəlxalq İqtisadi Forumda – “Rusiya–İslam Dünyası: KazanForum”

Azərbaycan–Rusiya İşgüzar Şurası 13–18 may tarixlərində Kazanda keçirilən “Rusiya–İslam Dünyası: KazanForum” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

Şura İdarə Heyətinin sədrinin səfər proqramına daşınmaz əmlak sahəsində qlobal tendensiyalara həsr olunmuş sessiyada iştirak, ikitərəfli görüşlərin keçirilməsi və bir sıra investisiya layihələrinin təqdimatı daxil olub. Forumun yekununda Azərbaycan–Rusiya İşgüzar Şurası ilə Rusiya–Əmirliklər İşgüzar Şurası, həmçinin Robototexnika Bazarının İştirakçıları Milli Assosiasiyası arasında əməkdaşlıq sazişləri imzalanıb.


Authorization
*
*
Password generation