KazanForum çərçivəsində robototexnika sahəsində əməkdaşlıq sazişi imzalanıb

14 may tarixində Azərbaycan–Rusiya İşgüzar Şurası ilə Robototexnika Bazarı İştirakçıları Milli Assosiasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədə Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov və Assosiasiyanın icraçı direktoru Olqa Mudrova imza atıblar.

Saziş innovativ texnologiyaların inkişafına və robototexniki həllərin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə yönəlib. Tərəflər birgə layihələrin icrası, təcrübə mübadiləsi və yüksək texnologiyalı sahələrdə fəaliyyət göstərən şirkətlərin dəstəklənməsi barədə razılığa gəliblər.


Authorization
*
*
Password generation