KazanForum-un işgüzar proqramı çərçivəsində Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov “Daşınmaz əmlakda qlobal trendlər: adaptivlik, rəqəmsallaşma və dəyişikliklər dövründə investisiyalar” mövzusunda sessiyada iştirak edib.
Çıxışı zamanı Emin Aras oğlu Xəzər dənizi sahilində yerləşən “Sea Breeze” kurort şəhərciyinin inkişaf konsepsiyasını təqdim edib, layihənin həyata keçirilməsinin əsas mərhələləri və infrastrukturun genişləndirilməsi planları barədə məlumat verib.
