STRUKTUR
Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində iqtisadiyyatın ən vacib sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə məşğul olan daimi komissiyalar fəaliyyət göstərir.
Komissiyalar:
"Qida məhsulları və kənd təsərrüfatı"
Komissiyanın əsas fəaliyyət sahələri iki ölkənin kənd təsərrüfatı məhsullarının istehsalçıları və ticarət subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, inkişafı ləngidən amillərin müəyyən edilməsi və əməkdaşlığın təşviq edilməsi üçün tədbirlərin görülməsi, həmçinin idxal-ixrac fəaliyyətinin dəstəklənməsi üzrə təşəbbüslərin göstərilməsi və Azərbaycan və Rusiya bazarlarına çıxışa və fəaliyyətə mane olan baryerlərin azaldılması üzrə tövsiyələrin hazırlanmasıdır.
"Qida məhsulları və kənd təsərrüfatı" komissiyasının sədri - İsmayıl Orucov.
"Qida məhsulları və kənd təsərrüfatı" komissiyasının sədri - İsmayıl Orucov.
"Logistika"
Komissiyanın əsas fəaliyyət istiqamətlərinə Azərbaycan və Rusiya arasında logistik xidmətlərin göstərilməsi sahəsində əməkdaşlığın inkişafına dəstək, iki ölkə arasında daşımalar sahəsində biznes üçün əlverişli şəraitin yaradılması üzrə təşəbbüslərin göstərilməsi, problem və yeni imkanlara diqqətin cəlb edilməsi üçün tədbirlərin görülməsi daxildir.
"Logistika" komissiyasının sədri - Natiq Heydərov.
"Logistika" komissiyasının sədri - Natiq Heydərov.
"Sertifikasiya və gömrük prosedurları"
Komissiyanın əsas vəzifələri sertifikasiya və gömrük inzibatçılığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dəstək və iki ölkənin xarici iqtisadi fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə sertifikasiya və gömrük inzibatçılığı sahəsində cari məsələlərin və şura iştirakçılarının təşəbbüslərinin müzakirə edilməsidir.
"Sertifikasiya və gömrük prosedurları" komissiyasının sədri - Namiq Tağıyev.
"Sertifikasiya və gömrük prosedurları" komissiyasının sədri - Namiq Tağıyev.
“Turizm"
Komissiya turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi və işgüzar əməkdaşlığın inkişafı, habelə iki ölkə arasında turist axınının artması üçün müştərək turizm məhsullarının yaradılması, regional turizmin inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərir.
“Turizm” komissiyasının sədri - Anar Rəhmanov
“Turizm” komissiyasının sədri - Anar Rəhmanov
Komissiyaların işinə marağınız varsa, [email protected] ünvanına ərizə göndərməyinizi xahiş edirik.