Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə yaradılıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri iqtisadiyyatın kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və s. kimi müxtəlif sahələrində fəaliyyət göstərən iri, orta və kiçik biznesin nümayəndələridir.
Azərbaycan-Rusiya İşgüzar Şurası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya-Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət hakimiyyəti orqanları və profilli ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas vəzifələri aşağıdakılardır:
- İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi;
- Azərbaycan və Rusiyanın sahibkarları arasında birbaşa işgüzar əlaqələrin qurulması;
- Rusiya Federasiyasında Azərbaycanın biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi;
- Azərbaycanın işgüzar ictimaiyyəti və iki ölkənin dövlət hakimiyyəti orqanları arasında dialoqun qurulması;
- Azərbaycan şirkətlərinin rusiyalı tərəfdaşlarla işgüzar əlaqələrinin qurulmasına imkan yaradan biznes forumları, konfrans, sərgi və digər tədbirlərdə iştirakının təşkili;
və digər vəzifələr.