Kənd təsərrüfatı istehsalçıları Azərbaycan-Rusiya işgüzar şurasının “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının iclasında aktual məsələləri müzakirə etdilər

21 fevral, 2019-cu ildə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar şurasının tərkibinə daxil olan “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının iclası keçirildi. Tədbirdə bu sahədə fəaliyyət göstərən suranın üzvü olan 20-dən artıq sahibkar və iş adamları iştirak etdilər.

İclas komissiyanın sədri İsmayıl Orucovun nitqi ilə başlandı. Nitqdə o, bütün iştirakçıları fəal dialoq və fikir mübadiləsinə çağırdı və qeyd etdi ki, komissiya qarşısına Azərbaycan və Rusiya arasında kənd təsərüfatı və qida məhsulları sahəsində ticarət əlaqələrinin genişləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasında dəstək olmağı məqsəd qoyur.

İclasda aktual problem və məsələlər fəal müzakirə olundu. Beləcə, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında faktorinq xidmətləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya gömrük idarəsində statistik qiymət problemi, tənzimləyici orqanlar olan Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Rosselxoznadzor təşkilatının qarşılıqlı fəaliyyəti, kənd təsərrüfatı avadanlığının idxalında təşviqi sənədlərin verilməsi ilə bağlı məsələlər, yeni sortların becərilməsinin dövlət reyestrinə daxil edilməsi məsələləri kimi mövzulara toxunuldu.

Sual və təkliflərlə Nar istehsalçıları və ixracatçıları assosiasiyasının, CTC Holdinqin, İsmayıllı Şərab, Azprodukt, Mədrəsə Aqro, AzRos Garden və digər təşkilat və şirkətlərin nümayəndələri çıxış etdilər.

“Qida məhsulları və kənd təsərüfatı” komissiyasının sədri İsmayıl Orucov və Azərbaycan-Rusiya işgüzar şurasının sədr müavini Natiq Heydərov tərəfindən əlavə məlumat təqdim olundu.

Toxunulan məsələlər şura tərəfindən müzakirəyə qəbul olundu, aktual problemlərin həlli barədə nəticələrə gələn iclasda baxılacağı barədə qərar verildi.



22 fevral 2019

Şəkillər