Azərbaycan-Rusiya İşgüzar Şurası Gazprombankın biznes seminarının həmtəşkilatçısı olacaq

12 mart 2019-cu il tarixində Bakıda Gazprombankın, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin icrası yolunda: GPB Bankın (SC) imkanları" adlı biznes seminar keçiriləcək.

Seminarda Azərbaycan Respublikasında GPB Bankın (SC) praktiki təcrübəsi və layihə maliyyələşdirilməsi perspektivləri, GPB Bankın (SC) Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlıq sxem əsasında infrastruktur layihələrinin həyata keçirilməsi imkanları, kapital bazarlarında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Rusiya ixracına dövlət dəstəyi proqramlarına xüsusi diqqət yetiriləcəkdir.



07 mart 2019