İqtisadiyyat naziri Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyəti ilə görüşüb

12 sentyabr 2019-cu il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyətini müsbət qiymətləndirərək, iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsində Şuranın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə heyətinin sədri Səməd Qurbanov çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd olunub ki, 2018-ci ilin avqust ayında Şuranın strukturu və iş formatı tam olaraq yenilənib. Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye, turizm, maliyyə, İKT kimi iqtisadiyyatın müxtəlif sahələrində Şuranın fəaliyyəti bundan sonra daha geniş olaraq davam etdiriləcək.

İclasda Azərbaycan-Rusiya İşgüzar Şurasının ötən  bir il ərzindəki fəaliyyəti və qarşıdakı dövrdə fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.



12 sentyabr 2019

Şəkillər