Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya nümayəndə heyətinin tərkibində İqtisadi İnkişaf nazirinin birinci müavini Mixail Babiç, İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov, İqtisadi İnkişaf nazirinin müavini Oksana Tarasenko, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikov, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik görüşdə iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov.



09 dekabr 2019

Şəkillər