Novosibirsk müəssisələrinin Azərbaycana işgüzar missiyası baş tutub

6-7 fevral 2020-ci il tarixlərində Novosibirsk vilayətinin İxraca Dəstək Mərkəzi, Azərbaycan-Rusiya İşgüzar Şurası və “VDA Strateji Kommunikasiyalar Agentliyi”nin birgə təşkilatçılığı ilə Novosibirsk müəssisələrinin biznes missiyası baş tutub.

Biznes missiya çərçivəsində B2B görüşlər keçirilib.

“Kombest” MMC, “APX Kristal” MMC, “Oniks” MMC, “Posevninskoye XPP” MMC kimi Novosibirsk müəssisələrinin rəhbərləri “Nabucco A&C”, “Karat Holding”, “SABA Group”, “Azərsu” ASC, “Bakı Dövlət Lahiyə İnstitutu” və digər Azərbaycan şirkətlərinin və dövlət təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq haqqında danışıqlar aparıb.



07 fevral 2020