Azərbaycan-Rusiya İşgüzar Şurasınıın "Turizm" üzrə komissiyasının iclası keçirildi

24 fevral 2020-ci il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının "Turizm" üzrə komissiyasının iclası keçirildi.

İclasda Pasha Travel, Intour LLC, Flame Tours & DMC, Green Apple MICE and Leisure Travel, Absheron Hotel Group şirkətlərinin nümayəndələri, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Azərbaycan Hotel Assosiasiyasının, Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak etdilər.

Tədbirdə Rusiyanın turoperatorları ilə əvvəlki görüşdə qaldırılan aktual mövzular, həmçinin Azərbaycan turizm şirkətlərinin Rusiya bazarındakı fəaliyyətləri çərçivəsində qarşılaşdıqları məsələlər müzakirə edilmişdir.

Həm Rusiya, həm də Azərbaycanın turizm şirkətləri Azərbaycan istiqamətinin və turizm məhsullarının Rusiya bazarında ənənəvi və rəqəmsal media, həmçinin info-turlar və vork-şoplar vasitəsilə intensiv təbliğinin vacibliyini qeyd edirlər.

İclas iştirakçıları turoperatorlar üçün aviaşirkətlərin tarifləri, uçuşların coğrafiyasını genişləndirmək üçün aviareyslərin subsidiyası, turoperatorların komissiya siyasəti, otel qiymətlərinin erkən verilməsinin zəruriliyi, həmçinin inteqrasiya olunmuş bronlaşdırma platformalarının inkişafı məsələlərini müzakirə etdilər.

Şəhər turları, müalicə-sağlamlaşdırma və qastronomik turizmi ilə yanaşı, aktual istiqamət kimi Rusiyanın dövlət sosial proqramları çərçivəsində turist axınının artırılması imkanına baxılmışdı.

Bundan əlavə, iştirakçılar "Turizm" üzrə komissiyanın MITT-2020 sərgisində, Travel Business Azerbaijan-2020 tədbirində, həmçinin Peterburq beynəlxalq iqtisadi forumunda iştirak daxil olmaqla, cari ilin ilk yarımilliyi üçün tədbirlər planını müzakirə etdilər.

İclasın əsasında müvafiq nazirlik və idarələrə aktual məsələlərlə və təkliflərlə müraciətlər hazırlanacaq.



24 fevral 2020