MOSKVA VƏ AZƏRBAYCANIN QİDA SƏNAYESİ ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ARASINDA SİLSİLƏ ONLAYN-DANIŞIQLAR BAŞ TUTUB

2020-ci il iyulun 13-dən 17-dək Moskva və Azərbaycanın qida sənayesi şirkətlərinin nümayəndələri arasında silsilə onlayn-danışıqlar baş tutub.

Danışıqlar “Mosprom” Muxtar Qeyri-kommersiya Təşkilatı, “Biznes-Geometriya” İşgüzar Əməkdaşlıq Mərkəzi və Azərbaycan-Rusiya İşgüzar Şurasının təşkilatçılığı ilə keçirilib.

Onlayn tədbirin proqramına Azərbaycan və Rusiya tərəfləri üçün dəyirmi masa, Moskva şirkətlərinin təqdimatı, sahibkarlar arasında fərdi “B2B” görüşlər daxil olub.

Danışıqların məqsədi rusiyalı və azərbaycanlı sahibkarlar arasında qida sənayesi sahəsində uzunmüddətli qarşılıqlı surətdə faydalı əməkdaşlıq istiqamətlərinin axtarışından ibarət olub.

Danışıqlarda Moskva vilayətini qənnadı və çörək-bulka məmulatları istehsalçısı “Dobrıninski” Unlu-Qənnadı Məmulatları Kombinatı” QSC, Rusiyada №1 ət istehsalçısı “Miratorq TŞ” MMC, kolbasa və ət yarımfabrikatları istehsalçısı “Dımovski Kolbasa İstehsalatı” MMC, əridilmiş və kəsmikli pendir istehsalçısı “KARAT” Moskva Əridilmiş Pendir Zavodu” ASC, qəhvə istehsalçısı “Mecik” MMC, diyetik və diabetik məhsul istehsalçısı “NovaProdukt AQ” MMC, həmçinin çay, şəkər və qənnadı məmulatları istehsalçısı “Müasir Çay Texnologiyaları” MMC olmaqla 7 şirkət təmsil edib.

Azərbaycan tərəfindən danışıqlarda “Azprotein Foods” MMC, “Bolluq” MMC, “Absheron Hotels Group” “Gabala Hotels Group”, “Saffron Restaurant Group”, “Delta Group” MMC, “Nurgün” Şirkətlər Qrupu, “Veysəloğlu” MMC, “Bravo Supermarket Azərbaycan”, “Bazarstore” MMC, “Vital Food Export” MMC, “AL Market” MMC, “Merano Baku”, “NANT”, “City Catering” QSC, “Siren Trading” MMC və digər şirkətlər iştirak edib.

Ümumilikdə 82 onlayn görüş keçirilib.



20 iyul 2020