“Yaroslav vilayəti və Azərbaycan Respublikası Ticari-iqtisadi əməkdaşlıq” onlayn biznes missiyası baş tutdu

10 sentyabr 2020-ci ildə, “Yaroslav vilayəti və Azərbaycan Respublikası Ticari-iqtisadi əməkdaşlıq” onlayn biznes missiyası keçirildi.

Tədbirin təşkilatçıları kimi Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları və Yaroslav vilayəti Hökuməti çıxış etdi.

Onlayn tədbir proqramı hər iki tərəfin iştirakçıları üçün dəyirmi masadan, Azərbaycan və Yaroslav şirkətlərinin təqdimatlarından, habelə, sahibkarlar arasında fərdi B2B danışıqlardan ibarət olmuşdur.

Dəyirmi masa zamanı Azərbaycan və Yaroslav nümayəndə heyətlərinin çıxışları baş tutdu. Yaroslavla Azərbaycan arasında sənaye və qida istehsalatı, turizm və kənd təsərrüfatı sahələrində uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlıq imkanları müzakirə olundu.

Azərbaycan şirkətlərinin nümayəndələri: «Pasha Travel», «AHEC», «Agro Food Investments», «Balxurma», «RR Group», habelə, Yaroslav şirkətləri: «PoliEr», «Anqstrem»,  «FİNQO Kompleks», «Yarpojinvest», «Yarobltur» təqdimatlarla çıxış etdi.

Tədbirdə həmçinin «AzerMash», «Silk Row Travel», «Karbamidnıy Zavod», «Yaroslavskiye kraski», «Zavod Volqa Polimer», «Kompaniya Dizel», «АМТ Spesavia», «Ferroplast Medikal», «Volmaq» və digər şirkətlər iştirak etdi.



10 sentyabr 2020