Rusiya və Azərbaycanın logistika şirkətlərinin müraciətləri ilə bağlı təxirəsalınmaz aktual məsələlər müzakirə olunub

22 oktyabr 2020-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının “Logistika” komissiyasının fəaliyyəti çərçivəsində Rusiya-Azərbaycan İşgüzar Şurası tərəfindən alınan Rusiyanın logistika şirkətlərinin və Azərbaycanın logistika şirkətlərinin müraciətləri ilə bağlı aktual məsələlərin operativ müzakirəsi aparılıb.

Şirkətlər “Şimal-Cənub” və “Bakı-Tbilisi-Qars” beynəlxalq nəqliyyat dəhlizlərindən dəmiryolu daşımaları sahəsində təcili məsələlər barədə məlumat verib. Həmçinin, sənayedə ümumi meyllər müzakirə olunub.

Müzakirələr nəticəsində qısamüddətli tədbirlər planı hazırlanıb. Azərbaycan-Rusiya İşgüzar Şurası hərbi vəziyyət və pandemiya şəraitində Azərbaycanda biznesin maraqlarının dəstəklənməsi və iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı istiqamətində birinci dərəcəli məsələlərin həlli sahəsində fəaliyyətini davam etdirir.



22 oktyabr 2020