UDMURT VƏ AZƏRBAYCAN ŞİRKƏTLƏRİNİN ONLAYN-DANIŞIQLARI KEÇİRİLİB

2021-ci il fevralın 8-dən 18-dək Udmurt və Azərbaycan şirkətlərinin “B2B”onlayn- görüşləri keçirilib.

Danışıqlar Azərbaycan-Rusiya İşgüzar Şurası və “Biznes-Geometriya” İşgüzar Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Görüşlərdə Udmurt Respublikası tərəfindən cökə taxta istehsalçısı “Lipa-18”, ət və kolbasa istehsalçısı “Babinskiye kolbasalar”, pendir istehsalçısı “Orbita”, neft sənayesi şirkətləri “Neftemaş”, “Maqnum”, “Rusiya elektrotexniki şirkəti”, “Promtexkomplekt” və digər şirkətlər iştirak edib.

Azərbaycan tərəfindən danışıqlarda qida məhsullları distribyutorları “Qurman Plyus”, “Vital Food Export”, “Aqrowest DC”, “Merano Baku”, ticarət şəbəkələri “Bazarstore”, “Araz”, tikinti şirkətləri “Caspian Service”, “OTB”, “Baltic Caspian LTD”, neft sənayesi şirkətləri “Leading Supply Solutions LLC”, “Caspian Drilling Company”,  “BCC Group”, “Azneftemaş”  və digər şirkətlər iştirak edib.

Ümumilikdə 25-dən çox onlayn görüş keçirilib.



23 fevral 2021