“Tikinti və infrastruktur”: Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin şirkətlərinin biznes missiyası

23 aprel 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurası və “Rusiya İxrac Mərkəzi”nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin şirkətlərinin ölkəmizə “Tikinti və infrastruktur”onlayn biznes missiyası keçirilib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, “Rusiya İxrac Mərkəzi” SC-nin baş direktoru Veronika Nikişina, “AZPROMO” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Yusif Abdullayev, Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin İnteqrasiya Layihələrinin İnkişafı Departamentinin direktor müavini Andrey Klintseviç, “Rusiya İxrac Mərkəzi” SC-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Nuri Quliyev və “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov giriş sözü ilə çıxış ediblər.

Daha sonra onlayn tədbir şirkətlər arasında sessiya zalları üzrə B2B formatında işgüzar danışıqlarla davam edib.

Danışıqlarda 17 Rusiya və 11 Azərbaycan şirkəti iştirak edib.

Rusiya tərəfindən iştirak edən şirkətlər: “Niva Greenhouses”, “Toçinvest”, “Tokar”, “Divisus”, “Oteçestvennıy Kompleks Sistem Oqrajdeniy”, “Vodakom”, “BL Group”, “Şerbinskiy Liftostroitelnıy Zavod”, “Kinqspan Nevinnomıssk”, “Ekotar”, “Dagestanskiy Kombinat Stroitelnıx Materialov”, “Konsern KEMZ”, “Ferroni”, “Ximprodukt”, “Uniservis”, “Kerranova Plyus”, “Betanet”.

Azərbaycan tərəfindən iştirak edən şirkətlər: “Material Group”, “DASHYUNU.AZ”, “RR Group”, “Caspian Service”, “Universal Pro”, “Karvan-L”, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”, “Grow Group”, “Akabe”, “Okuklu Holding”, “Assa Abloy”.



23 aprel 2021