Bakı - Sankt-Peterburq - Moskva: Postpandemiya dövründə turizm sahəsində əməkdaşlıq

27 aprel 2021-ci il tarixində “Postpandemiya dövründə Sankt-Peterburq, Moskva və Bakı şəhəri arasında turizm sahəsində əməkdaşlıq” mövzusunda onlayn forum keçirilib.

Forumda 2019-cu ildə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının təsis etdiyi “Turizm Alyansı” iştirak edib.

Onlayn formatda keçirilən tədbir panel sessiyası və üç şəhərin turizm operatorlarının iştirakı etdiyi B2B görüşləri olmaqla, iki hissədən ibarət olub.

Panel sessiyası çərçivəsində “Turizm Alyansı”, Azərbaycan Turizm Bürosu, Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsi, Moskva şəhərinin Turizmin İnkişafı üzrə Komitəsi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri cari vəziyyəti, postpandemiya dövründə üç şəhər arasında əməkdaşlıq, birgə marketinq fəaliyyəti üçün imkanlar, turizm məhsullarının birgə təbliği və s. məsələləri müzakirə edib.

Tədbir üç şəhərin turizm operatorlarının B2B görüşləri ilə davam edib: Sankt-Peterburq - BSI Group, All Tours, Flamingo Travel;  Moskva - Petrotur, TourTransVoyage, Vand Voyage, More Travel, Premiera, Amigo Tours, Vash Otdykh; Bakı - Greenwich Travel Club, Silk Row Travel, PASHA Travel, Victory Tour, Caspian Breeze Travel & MICE, Millenium Tourism, Rayda Tour Operator, Alison Travel, Online Travel, Weekend Travel.



27 aprel 2021