Rostov müəssisələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

16-18 iyun 2021-ci il tarixlərində Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostov müəssisələrinin Azərbaycana biznes-missiyası təşkil olunub.

Biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq sənayesi, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostov şirkətləri arasında ikitərəfli görüşlər keçirilib.

Rostov vilayətinin nümayəndə heyətinə RİFSC (gəmiqayırma, balıqçılıq sənayesi, logistika), “SBL-RegionMMC (tikinti materialları istehsalı), “AgroİmpexMMC (orqanik gübrələr və pestisidlərin istehsalı), “T SİSTEMAMMC (tibbi məhsulların istehsalı) şirkətləri daxil idilər.

B2B görüşlər zamanı “AzProduct” MMC, “Caspian Service” MMC, “PASHA Construction” MMC, “AMASS” MMC, “Agro Food Investments” MMC, “Nabucco A&C” MMC, “AqroServis” ASC, “Azerbaijan Poultry Company” MMC, “Medeks” MMC, “AKI Pharm” MMC, “Azerbaijan Flower Company” MMC, “Avromed” MMC, “Agro Dairy” MMC, “Azersun Holding” MMC nümayəndələri ilə danışıqlar aparıldı.

Missiya iştirakçıları həmçinin,  Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Rostov nümayəndə heyəti biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub və  əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Biznes-missiyanın iştirakçıları Azərbaycana səfərdən məmnunluqlarını bildirib və missiyanın iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıblar.



18 iyun 2021

Şəkillər