Krasnodar vilayəti və Azərbaycan arasında biznes-missiya təşkil olunub

14 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının və Rusiya Federasiyasının Krasnodar vilayətinin administrasiyasının dəstəyi ilə Krasnodar və Azərbaycan müəssisələri arasında onlayn formatda biznes-missiya təşkil olunub.

Tədbirdə Azpromo, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya İxrac Mərkəzi, Krasnodar vilayətinin Sənaye Siyasəti Departamenti və digər dövlət təşkilatlarının nümayəndələri tərəfindən ixracın genişləndirilməsi və ticarətin inkişafı istiqamətində dəstək tədbirləri barədə çıxışları dinlənilib.

Daha sonra Krasnodar və Azərbaycan şirkətləri faəliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.

Biznes-missiya çərçivəsində Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin daha da optimallaşdırılması istiqamətində yaradılan “Ələt Azad İqtisadi Zonası” layihəsinin konsepsiyası, inkişaf strategiyası və investorlar üçün imtiyazlar  barədə məlumat verilib.

 Tədbir kənd təsərrüfatı, qida məhsulları, qablaşdırma sənayesi və ixtisaslaşdırılmış avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Rusiya tərəfindən iştirak edən şirkətlər: «Abrau-Dürso», «İnsiprom», «V.V. Vorovskoqo adına TMZ», «Elza», «Qornitsa», «Kubanskaya kartonajnaya fabrika», «Kropotkinskiy zavot MiSSP», «Rozqrand», «Titan», «Kaloriya», «Kuban-Vino», «Kanevskiy elevator» və digər.

Azərbaycan tərəfindən iştirak edən şirkətlər: «Matanat A», «AHEC», «OBA market», «Agro-Azerinvest», «Veysəloglu», «Bakı Metropoliteni», «Azərbaycan Dəmir Yolları», «ANC GROUP», «Azerbaijan Supermarket», «KartonPak» və digər.



14 iyul 2021