İşgüzar Şura Krasnodar vilayətinin biznes missiyasında iştirak edib

Azərbaycan-Rusiya İşgüzar Şurası Krasnodar vilayətinin İxraca dəstək mərkəzinin təşkilatçılığı ilə 6-8 oktyabr 2021-ci il tarixində keçirilmiş Krasnodar müəssisələrinin Azərbaycana biznes missiyasında iştirak edib.

Krasnodar nümayəndə heyətinin tərkibinə qida məhsulları, qablaşdırma materialları, tullantıların emalı, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisələr - "Bestoil" MMC, "Apostolye" MMC, "Bazis plyus" MMC, "Kuban kartonaj fabriki" MMC, "Liqa-pak" MMC, "Eko-spektrum" MMC, "İnform-Sistemı" MMC, "Bolşoy slon" və s. daxil olmuşdur.

Azərbaycan-Rusiya İşgüzar Şurası ilə iş görüşü zamanı Krasnodar sahibkarları öz məhsul və xidmətləri barədə ətraflı məlumatlar təqdim edib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Biznes missiyası çərçivəsində B2B sessiyası, habelə, Azərbaycan müəssisələrində görüşlər təşkil edilmişdir.



08 oktyabr 2021