Azərbaycan-Rusiya İşgüzar Şurası “Made in Russia” Beynəlxalq forumunda iştirak edib

10 dekabr 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov “Made in Russia 2021” Beynəlxalq ixrac forumunda iştirak etmişdir.

Forumun plenar sessiyası Rusiya Hökumətinin sədri Mixail Mişustinin və Serbiyanın baş naziri Ana Brnabiçin salamlama nitqi ilə başlamışdır. Çıxışçılar forumun əsas problematikasına – yaxın gələcəkdə ixracı gözləyən çağırışlar və imkanlar məsələsinə toxundular.

Sessiyanın gedişində Rusiya Hesablama palatasının sədri Aleksey Kudrin, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, Birləşmiş Ərəb Əmirliklərinin Xarici Ticarət naziri, zati-aliləri dr.Tani bin Əhməd əl Zayudi,  RF XİB-in (ВЭБ.РФ) sədri İqor Şuvalov və digər iştirakçılar beynəlxalq ticarət sahəsindəki mövcud vəziyyəti, ixracatçıların üzləşdikləri problemlər, o cümlədən, ixracyönümlü şirkətlərin sayının artırılması üçün zəruri olan dəstək tədbirlərini müzakirə etdilər. 

Forumun proqramı ixtisaslaşdırılmış sessiyalar üzrə davam etdirilib.

“Logistika dəhlizlərinin genişləndirilməsi ixrac məhsullarının təşviqində əsas element kimi” sessiyası çərçivəsində biznes, dövlət orqanlarının, milli dəmir yollarının, Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın sahibkarlar cəmiyyətinin nümayəndələri MDB məkanında qarşılıqlı ticarətin sürətinin artırılmasında kompleks logistika xidmətlərinin rolunu müzakirə ediblər.

Sessiyanın gedişində MDB ölkələri arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələlərində effektiv logistikanın rolu müzakirə edilib. Spiker və iştirakçılar logistika dəhlizlərinin marşrutlarındakı maneələrin və infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, transsərhəd nəzarəti prosedurlarının rəqəmsallaşdırılması yolu ilə dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin sürətinin artırılması, daşınma prosesinə vahid innovativ texnologiyaların tətbiqi, o cümlədən, xarici iqtisadi fəaliyyətdə maraqlı olan iştirakçılara təqdim olunan "Aqroekspress" logistika xidmətinin keyfiyyət göstəricilərinin yüksəldilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbavov öz çıxışında, bazarın iştirakçıları üçün yeni imkanlar yaratmaq məqsədilə, bölgənin bütün nəqliyyat əlaqələrinin açılmasının zəruriliyini vurğulayıb.

Biznesin maraqlarından və tələbatlarından bəhs edən Səməd Qurbanov, ilk növbədə, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin və xidmətlərin yaradılmasının zəruriliyini qeyd etdi.

“Kiçik və orta biznesin nümayəndələri – məhz bu, bizim xüsusi diqqət və dəstək göstərməli olduğumuz sahibkarlar kateqoriyasıdır. “Aqroekspress” kimi layihələr, habelə gömrük, fitosanitariya və digər prosedurların sadələşdirilməsi prosesləri də biznesin inkişafına yönəldilmişdir. Tənzimləyici orqanlar tərəfindən nəzarət nöqtələrinin sayının azaldılması istiqamətində işlər görülür. Və “Aqroekspress” – bütün xidmətlərin öz gücünü birləşdirə biləcəyi nümunə bir layihə ola bilər. Bu servis sahibkara yükün təyinat məntəqəsinə çatması üçün lazım olan vaxt haqqında aydın məlumat verməli, qiymət baxımından rəqabətli və “bir pəncərə” formatında mümkün qədər rahat olmalıdır. Bu, ilk növbədə, kiçik sahibkarlar və aqrar sahəsində çalışanlar üçün faydalı olacaq”.

Səməd Qurbanov, eyni zamanda, iştirakçıları məsələnin ekoloji tərəfinə də diqqət yetirməyə çağırdı. “Aqroekspress” layihəsi çərçivəsində dəmir yolu ilə yüklərin daşınması karbon göstəricilərinin səviyyəsinin azaldılmasına xidmət edəcək. Dəmir yolu nəqliyyatında bir ton yükə görə bu göstərici avtomobil nəqliyyatından əhəmiyyətli dərəcədə azdır. 

Sessiya, MDB ölkələrinin ixrac infrastrukturunun təkmilləşdirilməsi, mövcud kompleks logistik həllərin optimallaşdırılması, gömrük və digər rəsmiləşdirmələrin keçirilməsi zamanı əlverişli şəraitin yaradılması üçün atılması vacib olan addımların birgə müzakirəsi ilə başa çatıb.



10 dekabr 2021

Şəkillər