Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilibAzərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib. Tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib. İclasda Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyi, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu, qarşılıqlı investisiya qoyuluşlarının və birgə layihələrin həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk sıradadır və ölkəmizin xaricdə ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bununla belə mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdirilir. Tədbirdə həmçinin, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə, qarşılıqlı investisiya qoyuluşlarına, işgüzar dairələr arasında mövcud əlaqələrin inkişafına və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilibDekabrın 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib. İclasdan əvvəl Rusiya nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olublar, qonaqlara ölkə iqtisadiyyatı barədə məlumat verilib. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasında çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamikası müşahidə edilir. 2017-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə isə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir və bu baxımdan iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni mexanizmlərinin tətbiqi əhəmiyyətlidir. Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunu, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin və Azərbaycanda analoji Həştərxan İşgüzar Mərkəzinin yaradılması, bu gün açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyi belə mexanizmlərdəndir. 2016-cı ildə yaradılmış Azərbaycan-Rusiya İşgüzar Şurası iş adamları arasında işgüzar əlaqələrin inkişafında və qarşılıqlı səmərəli investisiya layihələrinin reallaşdırılmasında əlverişli platformadır. İşgüzar şuraların indiyədək gördüyü işləri müsbət qiymətləndirən nazir Şahin Mustafayev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarını AZPROMO və Rusiyanın analoji qurumunun iştirakı ilə konkret əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparmağa dəvə edib. Qeyd edib ki, Azərbaycandakı sənaye parklarında birgə müəssisələrin yaradılması, neft maşınqayırması sahəsində əməkdaşlıq, Rusiya bazarı üçün aqrar məhsulların istehsalı və s. belə əməkdaşlıq sahələrindən ola bilər. Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya nümayəndə heyətinin ölkəmizə səfər çərçivəsində Azərbaycan Republikasının Prezidenti tərəfindən qəbul edildiyini məmnunluqla vurğulayıb və iqtisadi sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına dair fikirlərini bölüşən Maksim Oreşkin Azərbaycan və Rusiya arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını qeyd edib. Bildirilib ki, bu gün Bakıda açılışı olmuş Rusiya İxrac Mərkəzinin nümayəndəliyi və Rusiya-Azərbaycan işgüzar şuraları iş adamları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Azərbaycan-Rusiya İşgüzar Şurasının sədr müavini Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov işgüzar şuraların fəaliyyəri, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru Viktor İkonnikov və Rusiyanın "İntra Servis" şirkətinin direktoru Aleksandr Şilov iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar. Tədbir çərçivəsində AZPROMO və Rusiya İxrac Mərkəzi, həmçinin Azərbaycan və Rusiya şirkətləri arasında anlaşma memorandumları imzalanıb. İclasın sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilibSentyabrın 30-da Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib. İclasda kənd təsərrüfatı və qida sənayesi, tikinti, maliyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 50-dən çox aparıcı şirkətlərin nümayəndələri iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Azərbaycan-Rusiya İşgüzar Şurasının əhəmiyyətindən danışan nazir müavini İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb, Şuranın qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib, Azərbaycan şirkətlərini Şuranın imkanlarından yararlanmaqla rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə çağırıb. Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov Şuranın əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb, iki ölkə arasında investisiya fəallığının artırılmas, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından Şura qarşısında duran vəzifələrdən danışıb, sahibkarları Azərbaycan-Rusiya İşgüzar Şurası ilə fəal əməkdaşlığa dəvət edib. Tədbirdə iş adamları arasında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilibAvqustun 8-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası keçirilib. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının yaradılmasında məqsəd ölkələrimiz arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, eləcə də iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. İclasın Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli formatda görüşünə təsadüf etdiyini qeyd edən nazir Şahin Mustafayev dövlət başçılarının görüşünün tarixi hadisə olduğunu, bu görüşün əməkdaşlığa yeni impuls verəcəyini vurğulayıb. Görüşdə bildirilib ki, ənənəvi olaraq hər il keçirilən və əlaqələrin inkişafında əhəmiyyətli olan növbəti Azərbaycan-Rusiya regionlarası forumunun bu ilin oktyabrında Azərbaycanda təşkili nəzərdə tutulur. Azərbaycan və Rusiya şirkətləri tərəfindən reallaşdırılan layihələr və qarşılıqlı investisiya qoyuluşları barədə danışan Azərbaycanın İqtisadiyyat naziri müvafiq sahədə Qafqazda ən iri layihə olan "Socar Polimer", dərman istehsalı və s. layihələr üzrə əməkdaşlığı, Azərbaycan şirkətlərinin Rusiyanın bir sıra regionlarında iri layihələr həyata keçirdiyini qeyd edib. İndiyədək Azərbaycan və Rusiya arasında son 3 ildə 30 biznes forum keçirilib. Belə tədbirlərin iqtisadi əlaqələrin inkişafı, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayan Şahin Mustafayev İşgüzar Şuraların fəaliyyətinə uğurlar arzulayıb. Rusiya Federasiyasının İqtisadi inkişaf və ticarət naziri Aleksey Ulyukayev ölkələrimiz arasında investisiya fəallığını qeyd edərək, maşınqayırma, investisiya, bank, gəmiqayırma və digər sahələrdə səmərəli əməkdaşlığı vurğulayıb. Aleksey Ulyukayev Azərbycan-Rusiya arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Rusiyalı nazir İşgüzar Şuraların iclasının dövlət başçılarının üçtərəfli sammitinə təsadüf etməsini vurğulayaraq, iş adamları arasında əməkdaşlığın inkişafında İşgüzar Şuraların rolunu qeyd edib. Sonra Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov və AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxış edərək, iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıblar. Tədbir Azərbaycan və Rusiya tərəfindən kənd təsərrüfatı, maşınqayırma, səhiyyə, bank, neft-qaz, energetika və s. sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndəsinin iştirak etdiyi ikitərəfli görüşlərlə davam edib.