Bakıda Azərbaycan – Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
2022-ci il fevralın 12-si saat 14:00-da Azərbaycanda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
10 dekabr 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov “Made in Russia 2021” Beynəlxalq ixrac forumunda iştirak etmişdir.
7 dekabr 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanovun iştirakı ilə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
17 noyabr 2021-ci ildə Azərbaycan-Rusiya işgüzar şurasının İdarə heyətinin sədrinin iştirakı ilə, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Rusiya İxrac Mərkəzi (RİM) Qrupunun nümayəndə heyəti ilə görüşü baş tutub.
17-18 noyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiya İxrac Mərkəzi (RİM) və Azərbaycan-Rusiya işgüzar şurasının dəstəyi ilə Bakıda dövlət qurumları və biznes strukturlarının iştirakı ilə biznes missiyası keçirilir.