MOSKVA VƏ AZƏRBAYCANIN QİDA SƏNAYESİ ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ARASINDA SİLSİLƏ ONLAYN-DANIŞIQLAR BAŞ TUTUB2020-ci il iyulun 13-dən 17-dək Moskva və Azərbaycanın qida sənayesi şirkətlərinin nümayəndələri arasında silsilə onlayn-danışıqlar baş tutub.
Danışıqlar “Mosprom” Muxtar Qeyri-kommersiya Təşkilatı, “Biznes-Geometriya” İşgüzar Əməkdaşlıq Mərkəzi və Azərbaycan-Rusiya İşgüzar Şurasının təşkilatçılığı ilə keçirilib.
Onlayn tədbirin proqramına Azərbaycan və Rusiya tərəfləri üçün dəyirmi masa, Moskva şirkətlərinin təqdimatı, sahibkarlar arasında fərdi “B2B” görüşlər daxil olub.
Danışıqların məqsədi rusiyalı və azərbaycanlı sahibkarlar arasında qida sənayesi sahəsində uzunmüddətli qarşılıqlı surətdə faydalı əməkdaşlıq istiqamətlərinin axtarışından ibarət olub.
Danışıqlarda Moskva vilayətini qənnadı və çörək-bulka məmulatları istehsalçısı “Dobrıninski” Unlu-Qənnadı Məmulatları Kombinatı” QSC, Rusiyada №1 ət istehsalçısı “Miratorq TŞ” MMC, kolbasa və ət yarımfabrikatları istehsalçısı “Dımovski Kolbasa İstehsalatı” MMC, əridilmiş və kəsmikli pendir istehsalçısı “KARAT” Moskva Əridilmiş Pendir Zavodu” ASC, qəhvə istehsalçısı “Mecik” MMC, diyetik və diabetik məhsul istehsalçısı “NovaProdukt AQ” MMC, həmçinin çay, şəkər və qənnadı məmulatları istehsalçısı “Müasir Çay Texnologiyaları” MMC olmaqla 7 şirkət təmsil edib.
Azərbaycan tərəfindən danışıqlarda “Azprotein Foods” MMC, “Bolluq” MMC, “Absheron Hotels Group” “Gabala Hotels Group”, “Saffron Restaurant Group”, “Delta Group” MMC, “Nurgün” Şirkətlər Qrupu, “Veysəloğlu” MMC, “Bravo Supermarket Azərbaycan”, “Bazarstore” MMC, “Vital Food Export” MMC, “AL Market” MMC, “Merano Baku”, “NANT”, “City Catering” QSC, “Siren Trading” MMC və digər şirkətlər iştirak edib.
Ümumilikdə 82 onlayn görüş keçirilib.
Onlayn konfrans zamanı turizm biznesinin 40-dan artıq nümayəndəsi sənayenin bərpası perspektivlərini müzakirə edib10 iyun 2020-ci il tarixində Azərbaycan Turizm Bürosunun, Moskva şəhərinin Turizm Komitəsi və Azərbaycan-Rusiya İşgüzar Şurasının, eləcə də Moskva və Azərbaycanın turizm biznesinin nümayəndələrinin iştirakı ilə turizm sənayesinin bərpası perspektivlərinə həsr olunmuş onlayn konfrans keçirilib.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əməkdaşlığı çərçivəsində yaradılan “Turizm Alyansı”nın koordinatoru Anar Rəhmanov öz çıxışında sənayenin dəstəklənməsi və sürətli bərpası üçün fəal əməkdaşlığın zəruriliyini vurğulayıb, həmçinin alyansın fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarların İdarəedilməsi Departamentinin müdiri Sevinc Zeynallı cari layihələr, xüsusən də turizm istiqaməti kimi Azərbaycan haqqında biliklərini zənginləşdirmək istəyənlər üçün “Azerbaijan 101” onlayn təlim platformasının istifadəyə verilməsi, həmçinin sağlamlıq, təhlükəsizlik və gigiyena sahəsində ölkədə mövcud standartların yenilənməsi üzrə kompleks yanaşmanı nəzərdə tutan “SAHMAN” (Sanitariya və Gigiyena Metodları və Normaları) proqramının başlanması haqqında məlumatları diqqətə çatdırıb.
Moskva şəhərinin Turizm Komitəsinin sədr müavini Tatyana Şarşavitskaya da Komitənin hazırda həyata keçirdiyi əsas layihələrdən danışıb. Bunlar arasında “Russpass” turizm platforması, “Discover.Moscow” turizm portalı, “#Москвастобой” mədəni-maarifləndirici onlayn platforması, “Moscow Travel Hub” turizm sənayesi ilə dialoq platforması və s.
Konfrans zamanı Moskva və Azərbaycanın turizm operatorlarının nümayəndələri fəaliyyətləri barədə qısa məlumat verdilər və turizm sektorunun bərpası ilə bağlı aktual sualları cavablandırdılar. "TUI", "Tari Tur", "Quinta-Tur", "Alean", "PASHA Travel", "BMP", "MosTur", "Oblaka Travel", "Space Travel", "Victory Tour", “Silk Road Travel”, “Flame Tours”, “Millennium” və bir çox digər şirkətlər tərəfindən təqdimatlar edilib.
İştirakçılar yeni şəraitdə tələbat olacaq turizm məhsulları haqqında fikir mübadiləsi aparıblar. Xüsusilə fərdi və ailəvi turların, eləcə də fərdi turizm marşrutlarının populyarlığının artacağı qeyd edilib. Bundan əlavə, tur operatorlarının fikrincə sağlamlıq turizminə böyük tələbat olacaqdır.
Onlayn konfransın ikinci hissəsində iştirakçılar fərdi onlayn danışıqlar aparıb, əməkdaşlığı daha ətraflı müzakirə etdilər. Cəmi 79 onlayn görüş keçirilib.
İşgüzar Şura “Azərbaycanda Rostov vilayəti Günləri” biznes forumunda iştirak edib3-5 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında “Rostov vilayəti Günləri” keçirilib. Hökumət üzvləri, hakimiyyət orqanları, biznes cəmiyyəti, elmi və ictimai təşkilatların nümayəndələrindən ibarət Rostov vilayətinin nümayəndə heyətinə vilayətin qubernatoru Vasili Qolubev başçılıq edib.
“Rostov vilayəti və Azərbaycan Respublikası arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı” mövzusunda biznes forumu çərçivəsində Azərbaycan-Rusiya İşgüzar Şurası Rostov və Azərbaycanın sahibkarları arasında B2B görüşlər təşkil edib.
Kənd təsərrüfatı, tikinti, turizm, ticarət, sənaye, humanitar və digər fəaliyyət sahələrində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Rostov vilayətinin “SBL-Region” MMC, “Aqroİmpeks” TE” MMC, “Alqoritm” MMC şirkətlərinin, həmçinin kiçik biznes nümayəndələri və fərdi sahibkarlar “Karat Holding”, “Agro Food Investments”, “Gilan Agriculture Group”, “Azərsun Holding”, “Səba Holding”, “Giltex, Nabucco”, “RR Group”, “D.Fruits”, “Grow Group”, “AzRosGarden”, “Bakı Tikiş Evi”, “Gəncə Tekstil”, “Azəryol” Elmi-Tədqiqat Layihə institutu” MMC, AR Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azerbaijan British College” və s. daxil olmaqla Azərbaycan şirkətləri və dövlət təşkilatları ilə danışıqlar aparıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında yaradılan “Turizm Alyansı”nın fəaliyyəti çərçivəsində forumda “Azimut” aviaşirkəti və “PASHA Travel” şirkəti arasında Rostov və Bakı arasında hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı və birbaşa aviasiya əlaqəsi yaradılmasına dair saziş imzalanıb. Bu sazişə əsasən ilk uçuş artıq 30 mart 2020-ci il tarixində həyata keçirilib.
Həmçinin, forumda cari ildə Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi, AZPromo və Azərbaycan-Rusiya İşgüzar Şurasının təşkilatçılığı ilə azərbaycanlı sahibkarların Rostov vilayətinə biznes missiyasının təşkil olunmasına dair razılığa nail olunub.
Azərbaycan-Rusiya İşgüzar Şurasınıın "Turizm" üzrə komissiyasının iclası keçirildi24 fevral 2020-ci il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının "Turizm" üzrə komissiyasının iclası keçirildi.
İclasda Pasha Travel, Intour LLC, Flame Tours & DMC, Green Apple MICE and Leisure Travel, Absheron Hotel Group şirkətlərinin nümayəndələri, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Azərbaycan Hotel Assosiasiyasının, Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak etdilər.
Tədbirdə Rusiyanın turoperatorları ilə əvvəlki görüşdə qaldırılan aktual mövzular, həmçinin Azərbaycan turizm şirkətlərinin Rusiya bazarındakı fəaliyyətləri çərçivəsində qarşılaşdıqları məsələlər müzakirə edilmişdir.
Həm Rusiya, həm də Azərbaycanın turizm şirkətləri Azərbaycan istiqamətinin və turizm məhsullarının Rusiya bazarında ənənəvi və rəqəmsal media, həmçinin info-turlar və vork-şoplar vasitəsilə intensiv təbliğinin vacibliyini qeyd edirlər.
İclas iştirakçıları turoperatorlar üçün aviaşirkətlərin tarifləri, uçuşların coğrafiyasını genişləndirmək üçün aviareyslərin subsidiyası, turoperatorların komissiya siyasəti, otel qiymətlərinin erkən verilməsinin zəruriliyi, həmçinin inteqrasiya olunmuş bronlaşdırma platformalarının inkişafı məsələlərini müzakirə etdilər.
Şəhər turları, müalicə-sağlamlaşdırma və qastronomik turizmi ilə yanaşı, aktual istiqamət kimi Rusiyanın dövlət sosial proqramları çərçivəsində turist axınının artırılması imkanına baxılmışdı.
Bundan əlavə, iştirakçılar "Turizm" üzrə komissiyanın MITT-2020 sərgisində, Travel Business Azerbaijan-2020 tədbirində, həmçinin Peterburq beynəlxalq iqtisadi forumunda iştirak daxil olmaqla, cari ilin ilk yarımilliyi üçün tədbirlər planını müzakirə etdilər.
İclasın əsasında müvafiq nazirlik və idarələrə aktual məsələlərlə və təkliflərlə müraciətlər hazırlanacaq.
Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuraları “ProdExpo-2020” sərgisinin iştirakçıları üçün B2B-görüşlər təşkil edib12-13 fevral 2020-ci il tarixlərində Moskvada Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının dəstəyi ilə Azərbaycan kənd təsərrüfatı məhsulları istehsalçıları və ixracatçılarının Rusiya şirkətləri ilə B2B-görüşləri keçirilib.
Görüşlər Azərbaycan nümayəndə heyətinin “ProdExpo 2020” beynəlxalq sərgisində iştirakı çərçivəsində baş tutub. Azərbaycan nümayəndə heyətinin tərkibinə meyvə-tərəvəz, spirtli və spirtsiz içkilər, konserv məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən, o cümlədən, “Aspi Agro”, “Göygöl Şərab Zavodu”, “Baku Agropark”, “Şərq Ulduzu”, “Binə Aqro”, “Şirvan Şərabları”, “Balxurma”, “Cəlilabad Şərab-2”, “Azərstar”, “İsmayıllı Şərab-2”, “Az-Granata”, “Bakıkonserv”, “Caspian Coast Winery & Vineyards”, “Buta Agro”, “A+Co”, “AHEC”, “Şirin Aqro», ”Azhazelnut”, “Azərsun Holding”, “OVEN”, “Grow Group”, “Aznar” və digər şirkətlər daxil olub.
Azərbaycan istehsalçıları “Х5 Retail Group”, “Vestpoint”, “Aqroservis” EİB, “RF Sentrosoyuz”, “Sordis”, “Sublimir” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, kənd təsərrüfatı məhsullarının təchizatı və emalı məsələlərini müzakirə edib.
Qeyd edək ki, “ProdExpo” Rusiya və Şərqi Avropada keçirilən ən böyük beynəlxalq qida və içki məhsulları sərgilərindən biridir.