Kənd təsərrüfatı istehsalçıları Azərbaycan-Rusiya işgüzar şurasının “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının iclasında aktual məsələləri müzakirə etdilər21 fevral, 2019-cu ildə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar şurasının tərkibinə daxil olan “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının iclası keçirildi. Tədbirdə bu sahədə fəaliyyət göstərən suranın üzvü olan 20-dən artıq sahibkar və iş adamları iştirak etdilər. İclas komissiyanın sədri İsmayıl Orucovun nitqi ilə başlandı. Nitqdə o, bütün iştirakçıları fəal dialoq və fikir mübadiləsinə çağırdı və qeyd etdi ki, komissiya qarşısına Azərbaycan və Rusiya arasında kənd təsərüfatı və qida məhsulları sahəsində ticarət əlaqələrinin genişləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasında dəstək olmağı məqsəd qoyur. İclasda aktual problem və məsələlər fəal müzakirə olundu. Beləcə, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında faktorinq xidmətləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya gömrük idarəsində statistik qiymət problemi, tənzimləyici orqanlar olan Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Rosselxoznadzor təşkilatının qarşılıqlı fəaliyyəti, kənd təsərrüfatı avadanlığının idxalında təşviqi sənədlərin verilməsi ilə bağlı məsələlər, yeni sortların becərilməsinin dövlət reyestrinə daxil edilməsi məsələləri kimi mövzulara toxunuldu. Sual və təkliflərlə Nar istehsalçıları və ixracatçıları assosiasiyasının, CTC Holdinqin, İsmayıllı Şərab, Azprodukt, Mədrəsə Aqro, AzRos Garden və digər təşkilat və şirkətlərin nümayəndələri çıxış etdilər. “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının sədri İsmayıl Orucov və Azərbaycan-Rusiya işgüzar şurasının sədr müavini Natiq Heydərov tərəfindən əlavə məlumat təqdim olundu. Toxunulan məsələlər şura tərəfindən müzakirəyə qəbul olundu, aktual problemlərin həlli barədə nəticələrə gələn iclasda baxılacağı barədə qərar verildi.
Azərbaycan-Rusiya işgüzar şurasının “Sertifikasiya və gömrük prosedurları” komissiyasının ilk iclası keçirildi13 fevral tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar şurasının “Sertifikasiya və gömrük proseduraları” komissiyasının ilk iclası keçirildi. Tədbirdə şuranın üzvü olan 30-dan çox sahibkar və iş adamı iştirak edib. Giriş nitqində komissiyanın sədri Namiq Tağıyev eksport həcminin artırılmasını, Azərbaycan məhsullarının xarici bazarda potensialını və rəqabətə hazır olmaq ehtiyacını nəzərə alaraq,  sertifikatlaşdırma sahəsində keçirilən işlərin vacibliyini qeyd etdi. Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu nəzərə alaraq, işgüzar şuranın və komissiyanın görüləcək işlərin vacib rol oynadığı vurğulandı. Namiq Tağıyev qeyd etdi ki, komissiyanın məqsədi –bu sahədəki məsələlərin həlli üçün münasib meydança olub, biznesin hər iki ölkənin müvafiq orqanlar ilə qarşılıqlı və səmərəli əməkdaşlığına dəstək olmaqdır. Komissiyanın işini 3 istiqamətdə qurmaq planlaşdırıldı: qanunvericilik, proseduralar, problemlər və onların həlli. İclasın iştirakçiları fəal dialoq və fikir mübadiləsi apardılar. Aktual suallar və təşəbbüslərlə “CTC Holdinq”, “Lənkəran Mexanikləşdirmə”, “Sobsan”, “Karvan-L”, “Metak”, “Mətanət-A”, “Caspian Coast Winery”, “Azersun Holding” və digər şirkətlərin nümayəndələri çıxış etdilər. Sertifikatların Rusiya bazarında istifadə qaydaları, sertifikatların istifadə müddətləri və tarifləri, həmçinin Rusiya və Azərbaycanın gömrük orqanlarının prosedura və tarifləri müzakirə olundu. Şuranın "Logistika" komissiyasının sədri və İdarə Heyətinin sədr müavini - Natiq Heydərov tərəfindən gömrük proseduraları ilə əlaqədar əlavə məlumat verildi. Qaldırılan məsələlər şura tərəfindən nəzərə alındı, tədbir iştirakçıları növbəti toplantıda nəticələri müzakirə etmək barədə razılığa gəldilər.
AZƏRBAYCAN-RUSİYA İŞGÜZAR ŞURASININ ÜMUMİ İCLASINDA İNZİBATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞ VƏ WWW.ARDS.AZ PORTALININ YENİ İMKANLARI TƏQDİM EDİLMİŞDİR24 yanvar tarixində  kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilmişdir. İclası işgüzar şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd etmişdir. Səməd Qurbanov qarşıdakı ildə Azərbaycan-Rusiya işgüzar şurası iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulamışdır. İclas inzibati məsələlərin müzakirəsi ilə davam etmişdir. Səsvermə zamanı “Logistika”, “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikatlaşdırma və gömrük proseduraları”  komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilmişdir. Həmçinin, Natiq Heydərov idarə heyətinin müavini seçilmişdir. Daha sonra Azərbaycan-Rusiya işgüzar şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirildi. İşgüzar şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə “Şəxsi Kabinet” vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, "Şəxsi kabinetdə” elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcəkdir. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün “Maraqlı olduğunu bildirmək”  funksiyasından istifadə edə biləcəklər. Həmçinin, "Şəxsi kabinetdə" şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər. Iclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə etmişdirlər.
Azərbaycan-Rusiya İşgüzar Şurası iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirak edibDekabrın 14-ü Moskvada AR iqtisadiyyat naziri Şahin Mustafayev və RF iqtisadi inkişaf naziri Maksim Oreşkinin sədrliyi altında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları iştirak edib. Hökumətlərarası Komissiyanın iclasını giriş sözü ilə açan Maksim Oreşkin öz çıxışında iki ölkə arasında xarici iqtisadi əlaqələrin 2018-ci ildə müsbət inkişaf dinamikasını qeyd edib. “Əməkdaşlığın fəal şəkildə genişləndirilməsi davam edir. İşgüzar şuralar fəaliyyət göstərir və ümumilikdə bir çox iş görülüb. Həmkarlarımızla birlikdə 2019-cu ildə həyata keçirəcəyimiz bir sıra yeni istiqamətlər mövcuddur. Hesab edirəm ki, nəzərdə tutulan planlar həyata keçirildiyi halda, Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər yeni səviyyəyə qaldırılacaq” – deyə Maksim Oreşkin qeyd edib.   Sonra AR iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək 2018-ci ildə sərmayə və əmtəə dövriyyəsi artımı barədə məlumat verib. “Həm idxal, həm ixrac üzrə dinamikanın artması vacibdir, bu isə o deməkdir ki, əməkdaşlığımız qarşılıqlı surətdə faydalıdır. İşgüzar şuraların işini də qeyd etmək istəyərdim, onların fəaliyyəti ticarət-iqtisadi münasibətlərimizə yeni təkan verəcək” – deyə Şahin Mustafayev vurğulayıb. İclas zamanı Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov çıxış edərək 2018-ci ildə şuranın fəaliyyətinin nəticələri barədə məlumat verib. Səməd Qurbanov işgüzar şuralar arasında hər iki ölkənin işgüzar dairələri üçün yeni imkanlar açan fəal əməkdaşlığın vacibliyini vurğulayaraq 2019-cu ildə birgə fəaliyyətinin genişləndirilməsi planlarını diqqətə çatdırıb. İclasın sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb.